BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib


Digərləri 27 Dek 2018 20:29:19 308 0

BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib

Bakı Dövlət Universitetində professor-müəllim və tələbə heyətinin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) professor-müəllim və tələbə heyətinin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri düzüblər. Təhsil Nazirinin müavini, Universitetin rektoru vəzifəsini icra edən Firudin Qurbanov tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. F.Qurbanov bu əlamətdar tarixin qeyd olunmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışaraq bildirib ki, ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu bəyan edib, xaricdə yaşayan azərbaycanlılarla məqsədyönlü iş aparılmağa başlanılıb. Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrikini xatırladan F.Qurbanov ölkəmiz haqqında obyektiv məlumatların yayılması, dövlət və milli maraqların qorunması istiqamətində görülən işlərə diqqət çəkərək xalqımızın parlaq gələcəyinə əminliyini vurğulayıb.