Yol hərəkətinin təhlükəsizliyinə dair 20192023cü illər üçün Dövlət Proqramı təsdiq edilib


Siyasət 27 Dek 2018 20:09:00 399 0

Yol hərəkətinin təhlükəsizliyinə dair 20192023cü illər üçün Dövlət Proqramı təsdiq edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Nazirlər Kabineti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görsün; sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etsin.

Son.az