“Qızıl Buta” milli mükafatı təqdim olundu


Digərləri 27 Dek 2018 20:00:00 355 0

“Qızıl Buta” milli mükafatı təqdim olundu

Dekabrın 26-da Bakı Biznes Mərkəzində Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin (DAİM) təsis etdiyi "Qızıl Buta" milli mükafatının təqdimat mərasimi olub.

Son.az məlumat verir ki, tədbirdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sahibkarlar, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DAİM Mərkəzininin sədri Zaur Mirzə-zadə çıxış edərək hər il ənənəvi olaraq reallaşan təqdimat mərasimi haqqında məlumat verib. O, deyib ki, bu mükafat respublikamızın həyatında aktiv fəaliyyət göstərən müvafiq sahənin nümayəndələrinə təqdim edilir.

Z.Mirzə-zadə qeyd edib ki, budəfəki sorğu, "xalq.az" xəbər portalının texniki dəstəyi, anket-sorğu formasında sosial şəbəkələrdə, həmçinin DAİM Mərkəzinin koordinatorları tərəfindən respondentlər arasında bölgələrdə aparılıb. Sosial şəbəkələrdə aparılan sorğulara əsasən sahibləri müəyyən olunub.