QMİ bəyanat yaydı


Digərləri 27 Dek 2018 19:44:00 299 0

QMİ bəyanat yaydı

Din xadimləri yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün dini nikah oxuya bilər. Bu qaydaya riayət etməyən QMİ rəsmi din xadimlərinə qarşı müvafiq cəza tədbirləri görüləcək.

Son.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə verilən məlumata görə, bu barədə Qazılar Şurasının üzvləri və İdarənin yerlərdəki səlahiyyətli nümayəndələrinin birgə toplantısında qeyd edilib.

Toplantıda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak edib.

Toplantıda cəmiyyəti narahat edən bir sıra məsələlərə münasibət bildirilib. Bu xüsusda, erkən nikahlarla bağlı məsələ gündəmə çıxarılıb. Azyaşlı qızların ailə qurması kimi hallarla bağlı din xadimləri xüsusi vurğulayıblar ki, bu məsələyə dair QMİ Qazılar Şurasının 23 noyabr 2002-ci il tarixli Fətvası var. Fətvada deyilir ki, dini nikah mərasimi rəsmi dövlət qeydiyyatı idarələrində rəsmən qeydiyyat aparıldıqdan sonra icra edilə bilər.