Çin ABŞ donanmasının məlumatlarını oğurladı


Dünya 27 Dek 2018 19:39:00 399 0

Çin ABŞ donanmasının məlumatlarını oğurladı

Çin ABŞ donanmasına aid məlumatları ələ keçirib.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ABŞ ədliyyə nazirliyi 2006-2018-ci illərdə ABŞ kompyuter sisteminə daxil olan 2 çinli agent əleyhinə ittihamları açıqlayıb. Azı 100 min dənizçinin sosial təhlükəsizlik nömrəsi, adları, telefon nömrələri və digər məlumatları oğurlanıb. Həmin şəxslər 12 ştatda ticarət və müdafiə texnologiyası şirkətlərinə, dövlət müəssisələrinə aid 90 kompyuterə kiber hücum təşkil edərək informasiyaları ələ keçirib.