Hüsnü Mübarək yenidən hakim qarşısında


Dünya 27 Dek 2018 19:29:00 283 0

Hüsnü Mübarək yenidən hakim qarşısında

Misirin sabiq prezidenti Hüsnü Mübarək bu gün hakim qarşısında ifadə verib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, 90 yaşlı sabiq president məhkəmə qarşısına çıxarılaraq verilən sualların bir neçəsini cavablayıb.

2011-ci ildə baş verən üsyanlardan danışan Mübarək bildirib ki, həmin ilin yanvarında vitse-prezident Ömər Süleymani baş verə biləcək təhlükə haqda onu məlumatlandırıb.

"Ömər Süleymani bildirib ki, 800 silahlı şəxs Müsəlaman Qardaşları İttifaqından dəstək alaraq Qəzza tunelindən paytaxta doğru hərəkət edir. Həbsxanalardan qaçanlar da bu ittifaqa rəhbərlik edirdilər. Bu məhbuslar isə Hizbullah, Həmas və Müsəlman Qardaşlarının üzvi idilər" - deyə Mübarək verdiyi ifadədə bildirib.