Dünya şöhrətli dietoloq sağlamlığın sirrini açdı: “Gündə bir qədəh...”


Digərləri 27 Dek 2018 19:17:00 255 0

Dünya şöhrətli dietoloq sağlamlığın sirrini açdı: “Gündə bir qədəh...”

Depressiyanı müalicə etmək lazım olduğu hamıya məlum faktdır. Lakin üsulları mübahisəli məsələdir. Adəti üzrə həkimlər xəstəyə antidepressant və trankvilizator yazırlar ki, bu da vəziyyəti daha da ağırlaşdırır. Nəticədə, depressiya ilə yanaşı səhhətinizdə digər problemlər meydana gəlir.

Son.az Publika-ya istinadən xəbər verir ki, satış üzrə rekordlar qıran "Bağırsaqlar və beyin", "Sağlam Beyin", "Qida və beyin"kitablarının müəllifi Devid Perlmutter bağırsaq mikroflorasının əhval-ruhiyyə ilə qarşılıqlı əlaqəsi haqqında danışıb. Mütəxəssis depressiya ilə qidalanma arasındakı əlaqə barədə ətraflı məlumat verib. O, hesab edir ki, bütün sağlamlıq problemləri bağırsaqlarda gizlənib. Çünki bu orqan bilavasitə beyinlə əlaqəlidir. Kobud dildə desək, qarnımızda nə varsa, beynimizdə də odur. Həyəcanlananda və ya aşiq olanda qarnınızda yaranan hissi (sanki kəpənəklər uçuşur) xatırlayın - onu beyin stimullaşdırır.

Depressiyanın yaranmasının mexanizmi haqqında

Devid Perlmutterin sözlərinə görə, depressiya qadınlar arasında daha geniş yayılıb:

"Ümumiyyətlə, qəbul edilir ki, müəyyən kimyəvi maddələrin, məsələn, serotoninin olmaması nəticəsində depressiyaya qadınlar daha çox məruz qalır. Beləliklə, xəstəliyə qarşı mübarizə aparmaq üçün hazırlanmış bütün preparatlar bu hormonun ifraz olunmasına kömək edir. Məlum olduğu kimi onlar tamamilə plasebodur (Plasebo effekti - psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi təsiri deməkdir).

Depressiyanın yaranması mexanizmi bağırsaqdakı bakteriyaların qeyri-bərabərliyi nəticəsində yaranan iltihablaşma ilə bağlıdır. Bu nəzəriyyənin qabaqcıllarından biri Kaliforniyadan olan həkim Emeran Meyerdir. O da bu mövzu ilə əlaqədar "İkinci beyin" adlı kitab yazıb. Biz yalnız bu sahəni tibdə inkişaf etdirməyə və depressiyanı yeni bir üsulla - pəhriz ilə müalicə etməyə başlayırıq.

Sözsüz ki, elə qrup insanlar var ki, antidepressant qəbul etməsi mütləqdir, amma hər kəs yox. Hər kəs öz bağırsaqlarını "yenidən qura" bilməz. Bağırsaqların mikroflorası sadəcə necə qidalandığınızdan deyil, eyni zamanda necə doğulduğunuzdan - təbii və ya qeysər əməliyyatından da asılıdır. Həmçinin ana südü ilə bəsləndiyiniz, ümumiyyətlə, həyatınızın ilk illərində nə ilə qidalanadığınız bağırsaqların mikroflorasının inkişafında mühüm rola malikdir. Yeri gəlmişkən, sadəcə əhval-ruhiyyə deyil, beyninin aktivliyi də bağırsaqlardan asılıdır.

Problemin bağırsaqlarda olduğunu anlamaq çox sadədir. Bunu özünüz də edə bilərsiniz: Şişkinlik və ya stolda oturanda narahatlıq hissi. Əgər belə simptomlar yoxdursa, hər hansı bir klinikada bağırsaq mikroflorasını təhlil edən testdən keçə bilərsiniz".

Depressiya və artıq çəkinin əlaqəsi

Dietoloq hesab edir ki, çəki və depressiya arasında məntiqi bir əlaqə var: "Diqqət yetirsəniz, görərsiniz ki, kök insanlar depressiyaya daha çox meylli olur. Bu, niyə baş verir? Bütün bunlar vücudumuzdaki yağ hüceyrələrinin iltihab hüceyrələrini meydana gətirməsi nəticəsində yaranır.

İnsanlar kökələndə qan şəkərinin səviyyəsi yüksəlir - bu da onların ümumi vəziyyətinə təsir göstərir. Müalicəvi "depressiya pəhrizi" həm də arıqlamağa kömək edəcəkdir.


Xəbərə aid fotolar