İki dəfə boşanan əməkdar artist gizli toy etdi


Digərləri 27 Dek 2018 19:09:00 253 0

İki dəfə boşanan əməkdar artist gizli toy etdi

Tanınmış pianoçu, əməkdar artist Emil Əfrasiyab özünə gizli toy edib.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, bu, sənətçinin üçüncü evliliyidir. O, ötən gün müğənni Leyla Babayeva ilə ailə həyatı qurub. Toyda Leyla həyat yoldaşı üçün "Sevgilim" mahnısını ifa edib.

Emilin ilk evliliyindən bir qız, ikinci evliliyindən isə iki oğlan övladı var.

Onun ikinci həyat yoldaşı xalq artisti, tanınmış bəstəkar Oqtay Zülfüqarovun nəvəsidir.