150 manata görə tanışını öldürənlər cəzalandırıldı


Digərləri 27 Dek 2018 18:24:00 533 0

150 manata görə tanışını öldürənlər cəzalandırıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Əlizadə və İlham Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, hər iki şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə Sabunçu rayonun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlu tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu pul məsələsinə görə bıçaqlayaraq qətlə yetirib.

Hər iki şəxs Bakıda fəhlə işləyirmiş və 23 yaşlı K.Quliyev tanışından bir müddət əvvəl borc olaraq 150 manat pul alıb.