Trampın səfərindən sonra ABŞ səfirliyi hücuma məruz qaldı


Dünya 27 Dek 2018 18:29:00 340 0

Trampın səfərindən sonra ABŞ səfirliyi hücuma məruz qaldı

İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinin yaxınlığında silsilə partlayışlar baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, paytaxtın xüsusi mühafizə olunan hissəsi hesab edilən və diplomatik missiyaların yerləşdiyi "yaşıl zona"ya bir neçə minaatan mərmisi buraxılıb.

ABŞ səfirliyinin mühafizəçilərinin cavab atəşi açdığı deyilir. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.