Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı ayrılıb


Digərləri 27 Dek 2018 18:15:15 398 0

Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı ayrılıb

Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin