Yeni ildə yeni xidmət. Expressbank "Damla depoziti"ni təqdim edir


Digərləri 27 Dek 2018 18:00:00 296 0

Yeni ildə yeni xidmət. Expressbank "Damla depoziti"ni təqdim edir

Expressbank yeni il ərəfəsində həyatın bütün sahələrini əhatə edən nəsihət dolu məsləhətlər verən atalar sözlərindən biri olan "Dama dama göl olar"dan yola çıxaraq müştərilər üçün yeni bank məhsulunu təqdim edir. Damla depoziti adlanan yeni bank məhsulu vasitəsi ilə siz xərclədiyiniz pulla pul yığacaqsınız.

Belə ki, depozitin təqdim etdiyi iki əmanət növündən birini seçməklə kart ilə nağdsız alış-veriş etdikdən sonra ödədiyiniz məbləğ yuvarlaqlaşdırılır və yaranan fərq sizin əmanət hesabınıza köçürülür. Yəni  Damla 1 (məbləğ 1 AZN-ə çatdırılır) əmanət növünü seçsəniz, məsələn, ödəyəcəyiniz məbləğ 3.50 AZN təşkil etdiyi halda yuvarlaqlaşdırılır və  4 AZN çıxılır,  0.5 AZN məbləğində yaranan fərq Sizin əmanət hesabınıza köçürülür. Damla 5 (məbləğ 5 AZN-ə çatdırılır ) əmanət növündə isə bu məbləğ yuvarlaqlaşdırılaraq kartınızdan 5 AZN çıxılır, 3.5 AZN ödəyəcəyiniz məbləğ, 1.5 AZN məbləğində yaranan fərq isə əmanət hesabınıza köçürülür. Bundan başqa əmanətə əlavə olunan kartlarla qazandığınız "CashBack" məbləğləri də "Damla" depozitinizə köçürüləcək.