Daha 3 restoranın fəaliyyəti dayandırıldı


Digərləri 27 Dek 2018 17:44:00 275 0

Daha 3 restoranın fəaliyyəti dayandırıldı

Atmosferə atılan tullantılar idarə olunmalıdır. Biz sahibkarlara müraciət edərək bildiririk ki, bu istiqamətdə aparılan işlər kampaniya xarakterli deyil.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirlyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, may ayından bütün ictimai iaşə obyektlərinin sahiblərinə atmosfer havasının çirkləndirməsinin qarşısının alınması üçün obyektlərdə təmizləyici qurğuların quraşdırılması üçün xəbərdarlıq bildirişi göndərilib: "Çox təəssüf edirəm ki, ilk xəbərdarlığa əhəmiyyət verilmədi. Nəticə olaraq, sentyabr ayında yalnız bir şadlıq evində təmizləyici qurğu quraşdırıldı. Lakin bu yaxınlarda 474 iaşə obyektində monitorinq aparılarkən məlum oldu ki, onların 307-də təmizləyici artıq qurğu quraşdırılıb. Onların 277-sinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş normalar daxilindədir".

V.Kərimov əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmələrə təmizləyici qurğu quraşdırmayan 43 iaşə obyektinin fəaliyyətinin dayandırılması iddiası ilə müraciət edib. Artıq 3 iaşə obyektinin fəaliyyəti dayandırılıb.