Unibankdan yeni depozit kampaniyası


Digərləri 27 Dek 2018 17:47:23 450 0

Unibankdan yeni depozit kampaniyası

Unibankdan yeni depozit kampaniyası: +3% hədiyyə

Bakı. İndi Unibankda əmanət hesabı açmaq daha da sərfəli oldu. Bankın yeni kampaniyası çərçivəsində qoyulan depozitlərlərə Unibank əlavə 3% hədiyyə edir. Bankdan Trend-ə verilən məlumata görə, yanvarın sonunadək davam edən kampaniya çərçivəsində öz manat vəsaitlərinizi çox yüksək faizlə banka etibar edə bilərsiniz. Unibankın +3% hədiyyə depozit kampaniyası çərçivəsində banka manat depoziti yerləşdirən hər kəsə bankdan illik əlavə 3% hədiyyə ediləcək. Aksiya çərçivəsində “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 13%-ə, “Yığım” depozitinin faiz dərəcəsi ilə illik 11%-ə yüksəlib. Əgər faizləri depozit hesabı açan gün götürmək istəyirsinizsə, bankın manat valyutasında “Faizlər əvvəlcədən” adlı əmanət növündən istifadə edə bilərsiniz. Əmanətin illik faiz dərəcəsi 9%-dir. Unibankda əmanət hesabı açmaqla, hansı üstünlükləri qazanırsınız? Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz; Bazarda çox sərfəli depozit faizləri əldə edirsiniz (maksimum 13%-dək); Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur; Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.