RF Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi işində Prezident İlham Əliyevin xidmətləri təqdirəlayiqdir


Digərləri 27 Dek 2018 17:29:00 419 0

RF Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi işində Prezident İlham Əliyevin xidmətləri təqdirəlayiqdir

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi işində Prezident İlham Əliyevin xidmətləri təqdirəlayiqdir.

Bakı. Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Zati-aliləri, möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin respublikaya rəhbərliyiniz dövründə Azərbaycan özünün çoxəsrlik ənənələrini qoruyub saxlayan və zəngin mədəniyyətini daha da zənginləşdirən dinamik və yüksək inkişaf etmiş ölkə statusunda bərqərar olub. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi işində Sizin xidmətləriniz təqdirəlayiqdir. Ölkələrimizin xalqları Azərbaycan ilə Rusiya arasında hərtərəfli əlaqələrin inkişafına Sizin töhfənizi yüksək qiymətləndirir. Bu əlamətdar gündə Sizin valideynlərinizi – ananız Zərifə xanımı və Azərbaycan xalqının ümummilli lideri, ölkəni tarixi fəlakətdən xilas etmiş atanız Heydər Əlirza oğlu Əliyevi ehtiramla xatırlayırıq. Möhtərəm İlham Heydər oğlu, icazə verin, Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyim. Bütün ailənizə və ilk növbədə Mehriban xanıma ehtiramımı bildirirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin