Azərbaycanda qanunsuz ova görə 20 əcnəbi saxlanıldı


Digərləri 27 Dek 2018 17:24:00 242 0

Azərbaycanda qanunsuz ova görə 20 əcnəbi saxlanıldı

Bu il Azərbaycanda 200-dən çox yerli, 20 xarici vətəndaş qanunsuz ov etdiyinə görə saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Departament direktoru Hikmət Əlizadə deyib.

Departament direktorunun sözlərinə görə, ov qaydalarına riayət etməyən xarici vətəndaşlar yüksək məbləğdə cərimələnib, bəziləri isə ölkədən deportasiya edilib: "Bu il insanların ən çox qanunsuz ov başında tutulduğu il olub. Lakin bu, bu il daha çox pozuntunun olması demək deyil. Sadəcə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları öz işlərinə daha məsuliyyətlə yanaşıblar".