Bank Respublika internat məktəbinin uşaqlarının Yeni il arzularını həyata keçirib (FOTO)


Digərləri 27 Dek 2018 17:25:14 233 0

Bank Respublika internat məktəbinin uşaqlarının Yeni il arzularını həyata keçirib (FOTO)

Uşaqlar Yeni il təntənələrinin əsas personajları sayılan Şaxta baba və Qar qızla birlikdəmahnı oxuyub, şeir söyləyib doyunca əyləniblər.

Bakı. Bu il çoxsaylı sosial layihələr həyata keçirən “Bank Respublika”nın kollektivi, “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgə, yeni il öncəsi Lerikdə yerləşən V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan azyaşlı uşaqların yeni il arzularını həyata keçirərək onlar üçün bayram şənliyi təşkil ediblər. Bankdan Trend-ə verilən məlumata görə, bayram şənliyində uşaqlar Yeni il təntənələrinin əsas personajları sayılan Şaxta baba və Qar qızla birlikdəmahnı oxuyub, şeir söyləyib doyunca əyləniblər. Şənlikdə bankın əməkdaşları valideyin himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən olan 150-ə yaxın uşaq üçün əsl bayram əhval-ruhiyyəsi yaradaraq onları bayram münasibətilə təbrik edib, bank tərəfindən hazırlanmış bayram sovqatların təqdim etdilər.