Bank Respublika internat məktəbinin uşaqlarının Yeni il arzularını həyata keçirdi


Digərləri 27 Dek 2018 16:45:00 301 0

Bank Respublika internat məktəbinin uşaqlarının Yeni il arzularını həyata keçirdi

Bu il çoxsaylı sosial layihələr həyata keçirən "Bank Respublika"nın kollektivi, "Güvən" Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgə, yeni il öncəsi Lerikdə yerləşən V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan azyaşlı uşaqların yeni il arzularını həyata keçirərək onlar üçün bayram şənliyi təşkil ediblər.

Bayram şənliyində uşaqlar Yeni il təntənələrinin əsas personajları sayılan Şaxta baba və Qar qızla birlikdəmahnı oxuyub, şeir söyləyib doyunca əyləniblər.

Şənlikdə bankın əməkdaşları valideyin himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən olan 150-ə yaxın uşaq üçün əsl bayram əhval-ruhiyyəsi yaradaraq onları bayram münasibətilə təbrik edib, bank tərəfindən hazırlanmış bayram sovqatların təqdim etdilər.