Məhkum qardaşına narkotik keçirmək istədi, tutuldu FOTO


Digərləri 27 Dek 2018 16:34:00 438 0

Məhkum qardaşına narkotik keçirmək istədi, tutuldu  FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Son.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Salayev Sulidin Bibiqulu oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Abşeron rayon sakini Salayev Aqil Bibiqulu oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki şalvarın bel hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 1,067 qram "Heroin" və 0,027 qram "Metamfetamin" psixotrop maddəsi aşkar edilib.

Həmçinin 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.


Xəbərə aid fotolar