Dünyada dopinq məsələlərinə nəzarət edənlərdən biri də azərbaycanlı olacaq


Digərləri 27 Dek 2018 16:37:00 473 0

Dünyada dopinq məsələlərinə nəzarət edənlərdən biri də azərbaycanlı olacaq

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyində (ÜADA) məşvərət funksiyasını daşıyan Xüsusi İşçi Qrupuna üzv seçilib.

AMADA-dan Son.az-a verilən məlumata görə, sözügedən Xüsusi İşçi Qrupunun məqsədi ÜADA-nın rəhbərliyinə bütün ölkələrin Milli Antidopinq Agentliklərinin, onların qısa və uzunmüddətli proqramlarının effektivliyinə və dünyada təsirli dopinqə nəzarət strategiyası və planlarının təşviq edilməsi üzrə fəaliyyətinə dair ekspert məsləhətlərinin, tövsiyələrin verilməsi və metodiki dəstək göstərilməsidir.