Nəsimidə qadınların əl çantalarını soyğunçuluqla ələ keçirən şəxs saxlanılıb


Digərləri 27 Dek 2018 16:24:48 229 0

Nəsimidə qadınların əl çantalarını soyğunçuluqla ələ keçirən şəxs saxlanılıb

Nəsimi rayonunda qadınların əl çantalarını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb

Bakı. Qadınların əl çantalarını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda qadına qarşı soyğunçuluq edilib. Bu barədə zərərçəkən Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinə məlumat verib. Belə ki, qadın izahatında naməlum şəxsin içərisində mobil telefon, pul və digər şəxsi əşyaları olan çantasını ələ keçirərək hadisə yerindən qaçdığını bildirib. Məlumat daxil olan kimi dərhal cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Heydərov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib. Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun Nəsimi rayonu ərazisində daha bir qadına qarşı soyğunçuluq etdiyi və zərərçəkənin içərisində 80 manat olan çantasını əlindən aldığı məlum olub.