Azərbaycanda qanunsuz ova görə 20 əcnəbi saxlanılıb


Digərləri 27 Dek 2018 16:27:00 427 0

Azərbaycanda qanunsuz ova görə 20 əcnəbi saxlanılıb

Bu il Azərbaycanda 200-dən çox yerli, 20 xarici vətəndaş qanunsuz ov etdiyinə görə saxlanılıb.

Bakı. İlhamə İsabalayeva - Bu il Azərbaycanda 200-dən çox yerli, 20 xarici vətəndaş qanunsuz ov etdiyinə görə saxlanılıb. Trend-in məlumatına görə, bunu “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Departament direktoru Hikmət Əlizadə deyib.