Bulvar İdarəsi: "Ötən gecə yol qəzası nəticəsində əraziyə dəymiş ziyan müəyyən edilir"


Digərləri 27 Dek 2018 15:43:00 467 0

Bulvar İdarəsi: "Ötən gecə yol qəzası nəticəsində əraziyə dəymiş ziyan müəyyən edilir"

Ötən gecə Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Dənizkənarı Milli Parka da ziyan dəyib.

Son.az xəbər verir ki, bunu Trend-ə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı deyib. Onun sözlərinə görə, hazırda dəymiş ziyanın məbləği müəyyən edilir.

"Ötən gecə baş vermiş qəzaya görə, bulvar ərazisinə ziyan dəyib. Hadisə səbəbindən, ərazidə olan oturacaq qırılıb, ətrafdakı yaşıllıqlar əzilib, döşəmə daşları və qranit səki daşı sıradan çıxıb".

Xatırladak ki, hadisə gecə saat 01:30 radələrində Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb. Prospekt ilə hərəkət edən avtomobil idarəetməni itirərək Dənizkənarı Milli Parka girib və ağaca çırpılıb.