Klopp sevinmək üçün tez olduğunu düşünür


İdman 27 Dek 2018 15:27:00 319 0

Klopp sevinmək üçün tez olduğunu düşünür

Liverpool-un baş məşqçisi Yurqen Kloop komandasının çempionluq uğrunda mübarizəsindən danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı ən yaxın rəqibdən 6 xallıq fərqə də münasibət bildirib:

“Cəmi 6 xal fərqilə irəlidə olmaq çempionluq deyil. Düzdür, vəziyyətimiz yaxşıdır. Buna sevinirik. Amma arxayınlaşmaq olmaz. Bizi ArsenalManchester City ilə çətin oyun gözləyir. Ümumilikdə 19 oyunda mübarizə aparmalıyıq. Hamısında qalib gəlmək mümkün deyil. Arxayınlıq hər şeyi məhv edə bilər. Çempion olmaq istəyirik. Mövsümün sonuna kimi xal fərqini qorusaq, arzumuz gerçəkləşə bilər. İndidən sevinmək lazım deyil”, - çalışdırıcı bildirib.