Rusiyalı nazir: "Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi müasir dünya məsələlərini effektiv həll etməyə imkan verir"


Siyasət 27 Dek 2018 15:03:00 807 0

Rusiyalı nazir: "Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi müasir dünya məsələlərini effektiv həll etməyə imkan verir"

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin Prezident İlham Əliyevi təbrik edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin zəngin siyasi təcrübəniz müasir dünya məsələlərini effektiv həll etməyə, habelə Rusiya ilə Azərbaycan arasında tarixi dostluğu dəstəkləməyə imkan verir.

Ölkələrimiz arasında bərqərar olmuş mehriban qonşuluq münasibətlərinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Şübhəsiz ki, bu münasibətlər bundan sonra da Azərbaycan və Rusiya xalqlarının rifahına xidmət edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və məramlarınızı həyata keçirməkdə uğurlar diləyirəm".