Messi Neymarın qayıtmasını istəyir
İdman 27 Dek 2018 15:09:00 502 0
Barcelona-nın hücumçusu Lionel Messi Neymarın kluba qayıtmasını istəyir.
Goal.az xəbər verir ki, argentinalı braziliyalı ilə dost olduğunu deyib. “Neymarın yenidən bizimlə bir yerdə olmasına sevinərdim. Komanda üçün vacib futbolçudur. Onunla dostam. Bir yerdə uğurlar qazanmışıq. Amma Neymarın Barcelona-ya qayıdışı çətin prosesdir. PSG onu asanlıqla buraxmayacaq.
Mənbə: goal.az