“AzerGold” QSC-də hasilatla bağlı təqdimat keçirilib (FOTO)


Digərləri 27 Dek 2018 15:00:10 458 0

“AzerGold” QSC-də hasilatla bağlı təqdimat keçirilib (FOTO)

“AzerGold” QSC-nin inzibati binasında Cəmiyyətin rəhbər və işçi heyətinin iştirakı ilə hasilatla bağlı geniş təqdimat keçirilib.

Bakı. “AzerGold” QSC-nin inzibati binasında Cəmiyyətin rəhbər və işçi heyətinin iştirakı ilə hasilatla bağlı geniş təqdimat keçirilib. QSC-dən Trend-ə verilən məlumata görə, təqdimat çərçivəsində Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsi, həmçinin Geologiya və dağ - mədən işləri və Əməliyyat bölmələrinin əməkdaşları aparılan hasilat işləri, emal prosesi, Çovdar yatağının ehtiyyatları, qızıl çıxımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Bildirilib ki, 2018-ci ildə 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edilib. Bundan əlavə, aparılan optimallaşdırma işlərinin nəticəsi olaraq qırma-ələmə sahəsinin istehsal gücü saatda 100-150 tondan 200-250 tona çatdırılıb. Eyni zamanda, müasir texnologiyaların tətbiqi və optimallaşdırma işlərinin nəticəsi olaraq kimyəvi reagentlərin istifadəsi 20-30% azaldılaraq hasilatda keçən ilə nisbətən 33% artıma nail olunub. Laboratoriyada aparılan analizlərin dünya standartlarına uyğunlaşdırılması üçün müasir texnologiya olan PAL 1000 sisteminin istifadəsinə başlanılıb.