DİM: 40 yaşdan yuxarı namizədlərdən yalnız 3-ü imtahanı uğurla verib


Digərləri 27 Dek 2018 14:52:00 228 0

DİM: 40 yaşdan yuxarı namizədlərdən yalnız 3-ü imtahanı uğurla verib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 23-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan dövlət qulluğuna qəbul imtahanında iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 3 nəfər imtahanı uğurla verib.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 23-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan dövlət qulluğuna qəbul imtahanında iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 3 nəfər imtahanı uğurla verib. DİM-dən Trend-ə verilən məlumata görə, BA və BB qruplarına uyğun olan vəzifələr üzrə olan imtahanda iştirak üçün qeydiyyatdan keçən namizədlərin 1028 nəfəri kişi, 820 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 941 nəfər (qeydiyyatdan keçənlərin 91.5%-i), qadınlar üzrə isə 764 nəfər (qeydiyyatdan keçənlərin 93.2%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupları (50-64 yaş intervalı) üzrə 14 nəfər (12 kişi, 2 qadın) qeydiyyatdan keçsə də, imtahanda uğur qazana bilməyiblər.