Rusiya Prezidentinin xüsusi nümayəndəsi: "Prezident İlham Əliyev dünya səviyyəsində nüfuz sahibidir"


Siyasət 27 Dek 2018 14:30:01 318 0

Rusiya Prezidentinin xüsusi nümayəndəsi: "Prezident İlham Əliyev dünya səviyyəsində nüfuz sahibidir"

Rusiya Federasiyası Prezidentinin Xəzər regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov Prezident İlham Əliyevi təbrik edib.

Milli.AZ AZƏRTAC-a stinadən xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Siz böyük bir nəslin nümayəndəsi və böyük taleli insansınız. Siz Azərbaycan Respublikasının xalqına xidmət etdiyiniz illər ərzində öz ata-babanızın işini davam etdirməyə və Azərbaycan dövlətinin müasir rəhbərinə çevrilməyə qadir olduğunuzu sübut etmiş, zəngin quruculuq təcrübəsi və həmvətənlərimizin etimadını qazanmısınız. Siz dünya səviyyəsində nüfuz sahibisiniz.

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq çərçivəsində Sizin Vladimir Vladimiroviç ilə birlikdə gördüyünüz işlər və Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Zati-alinizin sanballı şəxsi töhfəsi yüksək qiymətə layiqdir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, mənəvi rahatlıq, firavanlıq, doğmalarınızın və dostlarınızın daimi dəstəyini arzu edirəm. Qoy Heydər Əliyevin böyük xatirəsi və böyük irsi Sizin üçün və bütün Azərbaycan xalqı üçün yolgöstərən ulduz və müqəddəs dəyər olsun.

Sizə və məsləkdaşlarınıza həyat eşqi, məqsədyönlülük, gümrahlıq və müsbət enerji diləyirəm".