Azərbaycanda narkotik maddələrin onlayn satışı ilə məşğul olan dəstənin məhkəməsi başlayıb


Digərləri 27 Dek 2018 14:11:00 246 0

Azərbaycanda narkotik maddələrin onlayn satışı ilə məşğul olan dəstənin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin onlayn satışı ilə məşğul olmaqda təqsirləndirilən dəstə üzvləri - Məhəmməd Əlizadə, Tural Əlizadə, Rafiq Yusubzadə və Samir Zeynalovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası 2019-cu ilin yanvar ayının 4-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Lənkəran şəhər sakinləri - Məhəmməd Əlizadə, Tural Əlizadə və Rafiq Yusubzadə şübhəli şəxs qismində saxlanılıblar. Onlardan ümumilikdə 2 büküm sintetik kannabinoidlərə aid narkotik vasitə olan "Spays", 2 büküm psixotrop maddə "Metamfetamin" və 4 ədəd 300 mq-lik güclü təsiredici "Lyrica" kapsulaları aşkar olunaraq götürülüb.