Hüseynqulu Bağırov xaricdə mülkləri və şirkətlərinin olması iddialarına


Digərləri 27 Dek 2018 13:53:01 509 0

Hüseynqulu Bağırov xaricdə mülkləri və şirkətlərinin olması iddialarına

Bəzi kütləvi informasiya vasitələri keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun xaricdə mülklərinin olmasına dair siyahı dərc edib. Eks-nazirin oğlu və qızının xaricdə şirkətlər yaratdığı da həmin yazılarda vurğulanıb.

Maraqlıdır, mətbuat səhifələrində tirajlanan yazılar həqiqətdirmi?

Son.az xəbər verir ki, modern.az saytı yayılan xəbərlərin doğruluğunu öyrənmək üçün keçmiş nazirlə əlaqə saxlamağa çalışıb.

Hüseynqulu Bağırov saytımıza yazılı cavab göndərərək bildirib ki, yazılanlar həqiqət deyil.

"Təəssüflə qeyd edirik ki, bəzi sosial şəbəkə istifadəçiləri dəqiqləşdirilməmiş, bəlkə də bəzən məqsədli şəkildə digərlərinin nüfuzuna xələl gətirə biləcək məlumatları yayımlayırlar.

Məlumat üçün bildirək ki, Qərb Universiteti qurularkən onun təsisçisi Hüseynqulu Bağırov nazir deyildi. 

Yazıda adı çəkilən şirkətlərin, mülklərin heç birinin sahibi nə Hüseynqulu Bağırov, nə də oğludur. 

90-cı illərin ortalarında universitet otelçilik ixtisasını gücləndirmək məqsədi ilə Otelçilik Məktəbi yaradıb, onun nəzdində kiçik bir otel də olub. Sonralar bu otel öz hesabına nisbətən böyüyərək ortaölçülü bir otelə çevrilib.