Gəncədə qətl


Digərləri 27 Dek 2018 13:48:00 446 0

Gəncədə qətl

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Gəncə şəhərində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, dekabrın 24-də Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisindən şəhər sakini Elçin Həsənovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.