Polşada erməninin də olduğu silahlı dəstə azərbaycanlı tələbələrə hücum ediblər


Kriminal 27 Dek 2018 13:21:00 528 0

Polşada erməninin də olduğu silahlı dəstə azərbaycanlı tələbələrə hücum ediblər

Polşada paytaxt Varşavanın Belvederska küçəsi yaxınlığında bir qrup azərbaycanlı tələbə aralarında milliyətcə erməninin olduğu bir qrup yerli gənclərin soyuq silahlı hücumuna məruz qalıb. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində azərbaycanlı tələbələrdən 1998-ci il təvəllüdlü Qobaçov Qurban və 2000-ci il təvəllüdlü Hüseynov Roman xəsarət alıblar.

Hadisəyə səbəb axşam saatlarında yerli klubların birindən içkili halda çıxan dəstənin azərbaycanlı gənclərlə mübahisə etməsi olub. Mübahisə zamanı qarşı dəstədən bir gənc erməni olduğunu və azərbaycanlılara nifrət etdiyini bağırıb.