XİN: 2018-ci ildə Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilib


Digərləri 27 Dek 2018 13:13:49 225 0

XİN: 2018-ci ildə Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilib

2018-ci ildə Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilib.

Bakı. 2018-ci ildə Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Trend-in məlumatına görə, bu barədə 2018-ci ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat buraxılışında deyilir. Qeyd olunur ki, 2018-ci ildə dövlətimizin dayanaqlı inkişafını təmin etmək məqsədilə beynəlxalq, regional və ikitərəfli formatda məqsədyönlü xarici siyasət fəaliyyəti davam etdirilib. Ölkə iqtisadiyyatının potensialının xaricdə təbliğ olunması, ixracının təşviqi və genişləndirilməsi, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artırılması, həmçinin xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi aparılan xarici iqtisadi əməkdaşlığın əsas istiqamətlərini təşkil edib. Bildirilir ki, həyata keçirilmiş kompleks tədbirlər nəticəsində əldə edilən iqtisadi uğurlarımız mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, dünyanın ən nüfuzlu iqtisadi forumu olan Davos İqtisadi Forumunun qiymətləndirməsinə əsasən ölkəmiz rəqabət qabiliyyətliliyə görə dünya miqyasında 35-ci yerdə qərarlaşıb.