Salah xəbərdarlıq etdi: "O gəlsə, gedərəm"


İdman 27 Dek 2018 12:11:00 320 0

Salah xəbərdarlıq etdi: "O gəlsə, gedərəm"

Liverpool Salzburg-un hücumçusu Moanes Daburu heyətinə qatmaq fikrindədir.

Goal.az xəbər verir ki, "qırmızılar" Avstriya klubunun heyətində parlaq çıxışla yadda qalan İsrail millisinin üzvü üçün danışıq aparıb.

Bu transfer komandanın lideri Məhəmməd Salahın ürəyincə deyil. İngiltərə mətbuatı misirli futbolçunun Daburun transferi baş tutarsa, klubu tərk edəcəyi ilə bağlı rəhbərliyi xəbərdar etdiyini yazıb. O, ərəb əsilli oyunçunun transferinə qəti şəkildə qarşıdır. Bunu nəzərə alan Liverpool Leipzig-in forvardı Timo Vernerlə maraqlanmağa başlayıb. Premyer Liqa təmsilçisi yeni hücumçu transferinə yer açmaq üçün Daniel Starric və Divok Oriqini satmağa hazırdır.

Qeyd edək ki, Moanes Dabur bu mövsüm 30 matçda 20 qola imza atıb.