Gəncədə qətl törədən şəxs saxlanılıb


Digərləri 27 Dek 2018 12:17:08 321 0

Gəncədə qətl törədən şəxs saxlanılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Gəncə şəhərində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 24-də Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisindən şəhər sakini Elçin Həsənovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.