PAŞA Bank Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafatlandırılıb


Digərləri 27 Dek 2018 12:06:33 441 0

PAŞA Bank Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafatlandırılıb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları 2018” tədbiri keçirilib.

Bakı. Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları 2018” tədbiri keçirilib. ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədi ilə keçirilən tədbirdə ölkənin aparıcı korporativ bankı "PAŞA Bank"ın nümayəndələri ilə yanaşı yerli bankların və beynəlxalq maliyyə institutlarının təmsilçiləri, eyni zamanda Assosiasiyanın nəzdində müxtəlif seqmentlər üzrə fəaliyyət göstərən Ekspert Qruplarının rəhbərləri və digər mütəxəssislər iştirak edib. Tədbir çərçivəsində PAŞA Bank yerli bazarda əldə etdiyi nailiyyətlərə görə ABA tərəfindən yüksək qiymətləndirilib. Hər il bazarda texnoloji yeniliklərin tətbiqinə imza atan və innovativ inkişaf strategiyası çərçivəsində önəmli irəliləyişlər edən PAŞA Bank Azərbaycan Banklar Assosiasiyasının təsis etdiyi iki mükafatı almışdır. Belə ki, Bank ABA-nın üzvləri arasında “İnnovativ ödəniş həlləri tətbiq edən” və “Ən fəal təhsil dəstəkçisi” nominasiyalar üzrə mükafata layiq görülüb.