Ozobiç çempion oldu, Zlatko Daliç üzüldü - FOTO


İdman 27 Dek 2018 11:52:00 581 0

Ozobiç çempion oldu, Zlatko Daliç üzüldü - FOTO

Xorvatiyanın Split şəhərində ulduz futbolçular arasında futzal turniri keçirilib.

Goal.az xəbər verir ki, Dino Petrinoviçin xatirəsinə həsr olunan sayca 17-ci ənənəvi turnirdə həmişəki kimi 4 komanda mübarizə aparıb.

Qarabağ-da çıxış edən Filip Ozobiç də turnirin iştirakçısı olub. Onun heyətində yer aldığı Kauri yarışın qalibi olub.

Ozobiçin komandası yarımfinalda Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin rəhbərlik etdiyi Tropik-i 7:2 hesabı ilə məğlub edib.

Maraqlıdır ki, Daliç finalda Tennis-in “sükanı arxası”nda olan Robert Yarniyə qoşulub və komandaya 3 məşqçi rəhbərlik edib. Həlledici görüşü 4 min tamaşaçı izləyib.

Niko Krançar kimi tanınmış futbolçunun da yer aldığı Ozobiçin komandası 5:2 hesabı ilə qalib gəlib. Bununla da Qarabağ-ın futbolçusu vətənində keçirilən yarışın çempionu olub. // Matç.az