Qiymətlər fantastik olsa da...


Digərləri 27 Dek 2018 11:18:00 309 0

Qiymətlər fantastik olsa da...

Yeni ilin gəlişinə vaxt azaldıqca, ölkədə yerləşən otel və restoranlarda qiymətlər də əksinə artmağa başlayır. Hər il müşahidə etdiyimiz bu tendensiya özünü bu il də doğrultdu. Hətta bu dəfə qiymətlərin nisbətən daha yüksək olduğunu desək, yanılmarıq. 

Bütün bunlara baxmayaraq, ölkənin aparıcı otel və restoranın artıq bir çoxunda yerlər tamam tutulub. 

Son.az xəbər verir ki, qafqazinfo əvvəlcə onlayn otel rezervasiya mərkəzi olan "Booking.com" vasitəsilə paytaxtda və bölgələrdə yerləşən bir neçə oteldə 31 dekabr gecəsi üçün boş yer axtarıb. 

Məlum olur ki, Şamaxıda yerləşən 5 ulduzlu "Sakit Gol - Silent Lake Hotel",  5 ulduzlu "Hilton Baku" , 4 ulduzlu "Qafqaz Karvansaray Hotel" , 5 ulduzlu "Qafqaz Resort Hotel"də artıq bu tarix üçün boş otaq qalmayıb. 

5 ulduzlu "Quba Palace Hotel"də isə sadəcə 1220 manata təklif olunan Delux iki nəfərlik otaq qalıb.

Otelin rəsmi saytında 31 Dekabr Yeni İl Şənliyi daxil olmaqla otaq qiymətlərinə nəzər salırıq:

Dağ Mənzərəli Delux Otaq - 1699 AZN

Göl Mənzərəli Delux Otaq - 1799 AZN

"Junior Suite" Otağı - 1899 AZN

Bal Ayı Otağı - 1999 AZN

"Family Suite" Otağı - 2399 AZN

"Manna" Villası - 2199 AZN

"Midiya" Villası - 4199 AZN

"Urmiya" Villası - 5199 AZN

"Atropatena" Villası - 5199 AZN

"Presidential Suite" Otağı - 11999 AZN

Bundan başqa, otel 31 Dekabr - 1 Yanvar tarixlərində  12 yaşdan yuxarı şəxslər üçün hər gecə əlavə yataq və Şam yeməyini 300 AZN-  təşkil edir.

Paytaxtda və bölgələrdə yerləşən bəzi məşhur otellərdə isə qiymətlər aşağıdakı kimi dəyişir:

"Fairmont Baku, Flame Towers":  

"Fairmont Gold King" - şəhər mənzərəli otaq 637 manat, dəniz mənzərəli isə 814 manat

"Caspian Süit" -  2525 manat

5 ulduzlu "Dinamo Hotel Baku":

5 ulduzlu "JW Marriott Absheron Baku Hotel": 

İki nəfərlik otaqlar 560-867 manat arasında dəyişir.

Tək nəfərlik otaqların qiyməti 407 və 947 manat arasında dəyişir.

5 ulduzlu "Qafqaz Tufandag Mountain Resort Hotel":