Müdafiə Nazirliyindən Ermənistan mətbuatının atışma ilə bağlı xəbərinə


Siyasət 27 Dek 2018 10:56:00 504 0

Müdafiə Nazirliyindən Ermənistan mətbuatının atışma ilə bağlı xəbərinə

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbərə münasibət bildirib.

Son.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətindən report-un sorğusuna cavab olaraq bildirilib ki, bu, Ermənistan tərəfinin öz ordusundakı baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində mülki vətəndaşlarımızı atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatıdır: "Bildiririk ki, Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib və bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir".