Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin idmansağlamlıq klubunun açılışında iştirak edib


Siyasət 27 Dek 2018 10:33:00 548 0

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin idmansağlamlıq klubunun açılışında iştirak edib

Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun açılışı olub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev idman-sağlamlıq klubunun rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov idman-sağlamlıq klubunda yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.