1005 smartfondan ibarət Yeni il ağacı hazırlandı


Digərləri 27 Dek 2018 08:51:00 522 0

1005 smartfondan ibarət Yeni il ağacı hazırlandı

Çinin "Xiaomi" şirkəti 1005 smartfondan ibarət Yeni il ağacının mozaikasını yığıb. Bu haqda "My Drivers" məlumat verib.   Son.az ICTnews-a istinadən bildirir ki, Yeni il ağacının mozaikası "Xiaomi Play" smartfonunun yeni modellərindən düzəldilib. Ağacın hündürlüyü təxminən 8 metr təşkil edir və onun düzəldilməsinə təxminən 2 həftə sərf olunub. Beləliklə, Çinin elektronika istehsalçısı ötən ilin fevralında 504 cihazdan mozaika yığmış "Vestel" şirkətinin rekordunu yeniləyib.