Süni ağciyər suyu yanacağa çevirir


Digərləri 27 Dek 2018 08:41:00 280 0

Süni ağciyər suyu yanacağa çevirir

ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları insanın ağciyəri prinsipi üzrə işləyən və hidrogen yanacağını generasiya edən qurğu yaradıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, hidrogenin nefti əvəz edən ekoloji təmiz yanacaq olması barədə uzun müddətdir müzakirələr aparılır. Bu, hidrogen yanacağının istehsalı üçün ilk qurğu olmasa da, onun unikal konstruksiyası prosesi daha effektiv edir. İnsanın ağciyərinə hava oksigen əldə edərək onu qan dövranına göndərən incə membran vasitəsilə daxil olur. Unikal struktura malik orqan bu qaz mübadiləsini yüksək effektivli edir. Stenford Universitetinin tədqiqatçılar qrupunun texnologiyası ağciyər formasında olan qalın plastik plyonkalı torbadır. Kisənin çöl tərəfi kiçik su buraxmayan məsamələrlə örtülüb, daxildən isə qızıl və platindən ibarət nanozərrəciklər çəkilib.