Cəlilabadda 3 otaqlı ev yanıb


Digərləri 27 Dek 2018 08:48:00 219 0

Cəlilabadda 3 otaqlı ev yanıb

Cəlilabadda yanğın qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, Cəlilabad rayonunun Uzuntəpə kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 108 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.