Yakudzanın keçmiş bossu edam olunub


Dünya 27 Dek 2018 08:34:00 458 0

Yakudzanın keçmiş bossu edam olunub

Yaponiyada yakudza qanqsterlərinin keçmiş rəhbəri, 60 yaşlı Keydzo Okamoto və onun 67 yaşlı silahdaşı, sabiq maliyyəçi Hiroya Suemori cümə axşamı Osaka şəhərində asılaraq edam edilib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilir ki, onlar 1988-ci ildə törədilən ikiqat qətl işinə görə ölüm hökmünə məhkum ediliblər. Cinayətkarlar həmin vaxt investisiya şirkətinin prezidentini və onun katibini oğurlayaraq qətlə yetiriblər. Onlar girovlardan 900 min dollar götürərək onların meyitlərini tikilməkdə olan evin təməlinə betonlayıblar.