Xbox One üçün ilk klaviatura və mouse təqdim edilib


Digərləri 27 Dek 2018 08:25:00 260 0

Xbox One üçün ilk klaviatura və mouse təqdim edilib

"Razer" şirkəti "Xbox One" oyun konsolu üçün ilk klaviatura və "mouse" nümayiş etdirib.

Son.az ICTnews-a istinadən bildirir ki, bundan əvvəl "Razer" şirkətinin qurğuları "CES" sərgisində nümayiş etdirməyə hazırlaşması barədə məlumat verilsə də, onların təqdimatı daha tez baş tutub. Simsiz klaviatura və "mouse"un daxil olduğu dəst "Turret" adlanacaq və qiyməti 250 dollara bərabər olacaq.

Məlumata görə, klaviaturanın ölçüləri 194 x 390 x 37 millimetr, çəkisi isə 1,86 kq təşkil edir. "Mouse"un qabaritləri: 125,7 x 70 x 43,2 millimetr, çəkisi 106 qram. Dəst "Razer Chroma" işıqlandırmasını dəstəkləyir, eləcə də "Xbox Lighting" işıqlandırması ilə sinxronlaşdırılır. Şirkət nümayəndələrinin sözlərinə görə, klaviatura avtonom rejimdə 43 saat, "mouse" isə 50 saat işləyir.