Meksikada Milad bayramı zamanı 5 nəfər güllələnib


Dünya 27 Dek 2018 08:14:00 468 0

Meksikada Milad bayramı zamanı 5 nəfər güllələnib

Meksikanın qərbində yerləşən Gerrero ştatının Akapulka şəhərində naməlum cinayətkarların hücumu nəticəsində 8 aylıq körpə uşaq daxil olmaqla 5 nəfər həyatını itirib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə çərşənbə günü "El Universal" qəzeti yazıb.

Polisin məlumatına görə, naməlum şəxslər taksi ilə Milad bayramının qeyd olunduğu evə gələrək orada olan insanlara atəş açıblar. Dörd kişi hadisə yerində ölüb, körpə aldığı yaralardan xəstəxanada keçinib. Canilər oradan uzaqlaşıblar. Hücumun arxasında hansı cinayətkar qruplaşmanın dayandığı açıqlanmır.