Bu şirkət iPhone işlədən işçiləri cəzalandırmağı qərara alıb


Digərləri 27 Dek 2018 08:01:00 831 0

Bu şirkət iPhone işlədən işçiləri cəzalandırmağı qərara alıb

Çində olan texnoloji şirkətlərdən biri iPhone və ya Apple şirkətinin digər məhsullarını istifadə edən işçiləri əlavə ödənişlərdən və karyera yüksəkliyi imkanından məhrum etməyi qərara alıb. Bu barədə Quartz saytı Çinin Qianjiang Evening News adlı qəzetinə istinadən xəbər verib. Məlumata əsasən bu üsulla şirkət Huawei-yə dəstək verməyə çalışır.

Son.az technote.az-a istinadən bildirir ki, bir neçə müddət bundan öncə Huawei şirkətinin maliyyə direktoru Meng Wanzhou ABŞ-ın tələbi ilə Kanadada həbs edilmişdi. O, ABŞ-ın İrana qarşı sanksiyaların olmasına baxmayaraq İranla əməkdaşlıq üzrə ittiham olunur. Hal hazırda Meng Wanzhou Kanadada ev dustaqlığı şəraitində yaşayır. Kanada məhkəməsi isə onun ABŞ-a ekstradisiyası məsələsini müzakirə edir.