Omanda ağır yol qəzası baş verib, ölənlər var


Dünya 27 Dek 2018 08:02:00 262 0

Omanda ağır yol qəzası baş verib, ölənlər var

Omanın Mahut əyalətində iki minik avtomobili toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində avtomobillərdən biri alışıb və avtomobil yolu bir müddətlik bağlanıb.

Qəza nəticəsində 7 nəfər həlak olub. Onlardan 5-i Oman vətəndaşı 2-i isə xarici ölkə vətəndaşı olub.