Ermənilərin Ağdamı atəşə tutması nəticəsində dinc sakin yaralanıb FOTO


Digərləri 27 Dek 2018 08:04:00 509 0

Ermənilərin Ağdamı atəşə tutması nəticəsində dinc sakin yaralanıb  FOTO

Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun işğal altında olan ərazilərdən üzbəüz mövqedə yerləşən Mirəşelli kəndini bir neçə dəfə atəşə tutublar.

Son.az "Report"a istinadən bildirir ki, nəticədə Bakıdan rayona yaxınının məzarını ziyarət etməyə gedən rayonun Baş Qərvənd kənd sakini, 73 yaşlı Dilşad Allahverdiyeva qulaq nahiyəsindən bir güllə yarası alıb.

Qadın yaxınları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. D.Allahverdiyev tibbi yardım aldıqdan sonra evə buraxılıb.


Xəbərə aid fotolar